Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 6 dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı qeyd olunub

05 dekabr 2025 | 09:15
6 dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH aparatının məsul şəxsləri, rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
 
Tədbir daha sonra Beyləqan Rayon Gənclər Evində davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov giriş nitqi ilə çıxış edərək rabitə və informasiya texnologiyaları sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə İKT sektorunun sürətli inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, rabitə və texnologiya sahəsi ölkənin iqtisadi gücünün, təhlükəsizliyinin və sosial rifahının möhkəmləndirilməsində xüsusi rol oynayır, modern və rəqəmsal idarəetmə modelinin qurulmasına əsaslı töhfələr verir.
 
Daha sonra “Aztelekom” MMC-nin Cənub–Şirvan Regional Filialının Beyləqan rayon şöbəsinin müdiri Şəmistan İbrahimov çıxış edərək rayonda rabitə infrastrukturunun yenilənməsi, yeni texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
 
Tədbirdə digər çıxış edənlər də rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, göstərilən diqqət və qayğı, eləcə də bu sahənin ölkənin ümumi inkişafına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.
 
Sonda rabitə və informasiya texnologiyaları sahəsində çalışan bir qrup əməkdaş Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Keçidlər