Beyləqanda abadlıq işləri davam etdirilir
30 dekabr 2025 | 12:38
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda abadlıq və infrastruktur layihələri mərhələli şəkildə davam etdirilir. Həyata keçirilən bu cür tədbirlər əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Aparılan bərpa-quruculuq işləri çərçivəsində Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli yaşayış binalarının ətrafında asfaltlanma işləri uğurla yekunlaşdırılıb. Görülən işlər nəticəsində bina sakinlərinin rahat və təhlükəsiz hərəkəti təmin olunub, ərazinin ümumi görünüşü daha da yaxşılaşdırılıb.







