Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq-quruculuq işləri görülür.

04 mart 2024 | 18:39
Beyləqan rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi tədbirlərin görülməsi davam etdirilir.
 
Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilərin salınması, deformasiyaya uğrayan səki yenilənməsi, asfalt örtüyünün salınması və digər abadlıq-quruculuq işləri aparılır.
 
Hazırkı dövrədək Magistral küçəsində və Heydər Əliyev küçəsində piyada səkisi çəkilmiş və digər küçələrdə küçə işıqlandırılması, plafonların dəyişdirilməsi, dirəklərin bəzədilməsi həyata keçirilmişdir.
 
Beyləqan şəhəri N.Nərimanov küçəsi, M.Abbaslı küçəsi, E.Əliyev küçəsi, E.Əliyev küçəsi, M.Müşfiq küçəsinə yüksək keyfiyyətli asfalt örtüyü döşənmişdir. Hazırda şəhər daxili yolların asfaltlanaraq vətəndaşların istifadəsinə verilməsi istiqamətində işlər davam etdirilir.
 
Beyləqan şəhərində mütəmadi olaraq təmizlik və sanitarya tədbirləri həyata keçirilir, mövcud ictimai yaşıllıqların qorunub saxlanılması və yeni yaşıllıqların salınması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.
Keçidlər