Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və bərpa-quruculuq işi davam etdirilir

06 mart 2026 | 15:10
Beyləqan rayonunda ətraf mühitin təmizliyinin təmin olunması və abad görkəminin qorunub saxlanılması məqsədilə abadlıq və bərpa-quruculuq işləri davam etdirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin göstərişlərinə uyğun olaraq rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən şəhərin ayrı-ayrı ərazilərində təmizlik və abadlıq işləri aparılıb. Görülən işlər çərçivəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların budanması həyata keçirilib.
 
Eyni zamanda yol kənarı ərazilərdə sıradan çıxmış səki üzlükləri və bordürlər yenilənərək bərpa olunub, ətraf ərazilərin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
 
Beyləqan rayonunun mərkəzində, kənd və qəsəbələrdə abadlıq və təmizlik işlərinin mərhələli şəkildə davam etdirilir.
Keçidlər