Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və iməcilik işləri davam etdirilir

12 fevral 2026 | 17:07
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq, Beyləqan Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rayon ərazisində abadlıq və iməcilik işləri davam etdirilir.
 
Xüsusilə son günlər yağan qar yağışından sonra rayon ərazisində yaranmış vəziyyət nəzərə alınaraq təmizləmə işləri daha da intensivləşdirilmişdir. Şəhərin müxtəlif küçə və məhəllələrində ərinti suları təmizlənmiş, piyada səkiləri və yol kənarları hərəkət üçün yararlı vəziyyətə gətirilmişdir.
 
Eyni zamanda ətraf mühitin təmizlənməsi, məişət tullantılarının ərazidən daşınması və ümumi sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Görülən işlər rayonun zahiri görünüşünün qorunmasına və sakinlərin rahatlığının təmin olunmasına xidmət edir.
 
Abadlıq tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Keçidlər