Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və təmizlik işləri davam edir

06 aprel 2026 | 14:54
Beyləqan rayonunda ətraf mühitin qorunması, səliqə-sahmana salınması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılması məqsədilə mütəmadi abadlıq və təmizlik işləri həyata keçirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun əsas prospektində və küçələrində, eləcə də yaşayış sahələrinin ətrafında genişmiqyaslı abadlıq işləri aparılır. Şəhər ərazisində yol kənarlarında bordürlərin yenilənməsi və bərpası həyata keçirilir, yaşıllıq zolaqlarında səliqə-sahman yaradılır.
 
Həyata keçirilən tədbirlər rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, rayonumuzun daha səliqəli və baxımlı görkəm almasına xidmət edir. Abadlıq işləri mərhələli şəkildə davam etdiriləcəkdir.
Keçidlər