Beyləqanda abadlıq və təmizlik işləri davam etdirilir.
28 avqust 2025 | 12:55
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beyləqan rayonun mərkəzində, kənd və qəsəbələrində abadlıq və təmizlik işləri davam etdirilir. Bu çərçivədə Beyləqan şəhərinin şəhid Quliyev Vasif və şəhid Elgiz Salahlı küçələrində genişmiqyaslı abadlıq və təmizlik tədbirləri həyata keçirilib.
Görülən işlər çərçivəsində ərazidə yol kənarlarının səliqəyə salınması, yaşıllıq zolaqlarının baxımı, məişət tullantılarının yığışdırılması və ümumi abadlıq tədbirləri icra olunub. Məqsəd şəhər infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, əhalinin rahatlığı üçün səliqəli və təmiz mühitin yaradılmasıdır.
Rayonda həyata keçirilən bu tədbirlər ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı, abadlıq və quruculuq istiqamətində müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Beyləqanın daha müasir və komfortlu rayona çevrilməsinə xidmət edir.







