Beyləqanda abadlıq və təmizlik işləri mütəmadi xarakter daşıyır
18 fevral 2026 | 10:25
Beyləqan rayonunda şəhər ərazisinin sanitar vəziyyətinin yaxşılaşdırılması, küçə və prospektlərin səliqə-sahmanının qorunması istiqamətində abadlıq və təmizlik işləri ardıcıl şəkildə davam etdirilir.
Növbəti abadlıq tədbirləri çərçivəsində Beyləqan şəhərində şəhid Mahir Dadaşzadənin adını daşıyan küçədə səhər saatlarından etibarən təmizlik işləri həyata keçirilmişdir. Ərazidə məişət tullantıları yığışdırılmış, yolkənarı sahələr və ictimai məkanlar təmizlənmiş, yaşıllıqlara qulluq göstərilmiş, ağac və kolların budanması təmin olunmuşdur.
Görülən işlər Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişləri əsasında Beyləqan Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları tərəfindən operativ və planlı şəkildə icra olunur.
Abadlıq və təmizlik tədbirləri rayon ərazisində davamlı xarakter daşıyır və bundan sonra da mütəmadi olaraq həyata keçiriləcəkdir. Məqsəd ətraf mühitin daha da sağlamlaşdırılması, ekoloji tarazlığın qorunması və sakinlər üçün daha rahat yaşayış şəraitinin təmin edilməsidir.







