Beyləqanda abadlıq və təmizlik tədbirləri davam etdirilir
28 oktyabr 2025 | 23:45
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ayrı-ayrı yaşayış məntəqlərində təmizlik və abadlıq işləri davam etdirilir. Növbəti olaraq Beyləqan şəhəri Şəhid Ramiz Abbasov küçəsində həyata keçirilən tədbir zamanı müvafiq qurumun əməkdaşları tərəfindən küçə boyunca ərazi məişət tullantılarından təmizlənib, yaşıllıq zolaqlarının səliqəyə salınıb və ümumi abadlıq istiqamətində zəruri tədbirlər görülüb.
Aparılan işlərin məqsədi rayon məkanının görkəminin yaxşılaşdırılması, vətəndaşlar üçün daha səliqəli və rahat yaşayış mühiti yaradılmasıdır. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbirlər rayon infrastrukturunun planlı şəkildə yenilənməsi və abadlıq işlərinin sistemli davamlılığını təmin edir.







