Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və yenidənqurma işləri davam etdirilir

25 noyabr 2025 | 11:07
Rayonun küçə və prospektlərində həyata keçirilən abadlıq tədbirləri çərçivəsində sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə ardıcıl işlər görülür.
 
Bu çərçivədə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində, 20 Yanvar abidəsinin qarşısında və ətraf ərazidə yenidənqurma işlərinə start verilib. Hazırda ərazidə uzun müddətdir yararsız vəziyyətdə olan tamet və bardurlar sökülür, alt qatın möhkəmləndirilməsi, düzləndirilməsi və yenilənməsi istiqamətində işlər aparılır.
 
Həyata keçirilən abadlıq işləri Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədilə icra olunur.
Keçidlər