Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və yol infrastrukturu işləri davam etdirilir

25 dekabr 2025 | 12:04
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, ölkəmizin regionlarında əhalinin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Beyləqan rayonunda da sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir.
 
Bu çərçivədə, Beyləqan şəhəri S.Qazıyeva küçəsində yerləşən 2 mərtəbəli yaşayış binasının qarşısında yol və məhlə ərazisinin asfaltlanma işləri həyata keçirilib. Aparılan işlər zamanı həm yolun, həm də ətraf məhlənin asfaltlanması təmin olunub və ərazidə sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün tam şəraiti yaradılıb.
 
Rayon üzrə abadlıq işlərinin davam etdirilməsi və yol infrastrukturunun yaxşılaşdırılması Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq əhalinin rifahının artırılması məqsədilə həyata keçirilir.
Keçidlər