Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda abadlıq və yol infrastrukturu yenilənməsi davam etdirilir

03 noyabr 2025 | 12:50
Ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq 2025-ci ilin əvvəlindən Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində genişmiqyaslı abadlıq və infrastruktur yenilənməsi layihələri həyata keçirilir.
 
Rayonda aparılan abadlıq işlərinin davamı olaraq, Beyləqan şəhəri Elxan Əliyev küçəsində asfaltlanma mərhələsi uğurla yekunlaşdırılıb. Yolun asfalt örtüyünün yenilənməsi nəticəsində nəqliyyatın hərəkətində maneələr aradan qaldırılıb, piyadaların və avtomobillərin hərəkəti daha təhlükəsiz və rahat olub. Küçədə səthin bərpası ilə yanaşı, yol boyunca səliqəlilik və ümumi abadlıq səviyyəsi də artırılıb.
 
Abadlıq işlərinin həyata keçirilməsi sakinlər tərəfindən yüksək qiymətləndirilib. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər