Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunub.

26 sentyabr 2023 | 14:47
25 sentyabr 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər