Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda antiterror əməliyyatları şəhidlərinin xatirəsi ehtiramla anılıb.

19 sentyabr 2025 | 13:37
Bu gün dövlətimizin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatlarının ikinci ildönümüdür.
 
Tarixi Zəfərin davamı hesab edilən antiterror əməliyyatının ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları rayonun Kəbirli, Dünyamalılar kəndləri və Qəhrəmanlı qəsəbəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
 
Ziyarət zamanı həm antiterror əməliyyatları, həm də 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
 
Şəhid ailələri ilə görüşən icra başçısı cənab Əziz Əzizov onların hər birinə başsağlığı verib, şəhidlərimizin igidlik və qəhrəmanlığından danışıb. O qeyd edib ki, Azərbaycanın dövlət suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımız xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün isə vətənpərvərlik nümunəsinə çevriləcəkdir.
 
Şəhid ailələri isə öz övladları ilə fəxr etdiklərini bildirərək, onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Qeyd edək ki, antiterror əməliyyatı şəhidlərinin məzarlarının ziyarəti davam edir.
Keçidlər