Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

03 mart 2023 | 20:26
03 mart 2023 -cü il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin“ birgə təşkilatçılığı ilə 31 mart 1918 ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqışrımın 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998- ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanınının tarixi əhəmiyyəti” mövzusunda konfrans kecirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbir ümummilli lider Heydər Əliyevin,soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və digər çıxış edənlər erməni millətçiləri tərəfindən XX əsrdə Azərbaycanlılara qarşı törədilən bütün soyqırımları, o cümlədən 31 mart soyqırımı haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
 
Sonda 31 mart azərbaycanlıların soyqırımı haqqında sənədli film nümayiş olunub və iştirakçılara Quba Soyqırımı Memorial Kompleksinin bukletləri paylanıb.
Keçidlər