Beyləqanda “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi qeyd edilib.
10 fevral 2025 | 14:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmaqla, Azərbaycan Respublikasının ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər “Azərişıq” ASC-yə həvalə edilmişdir.
Bu il “Azərişıq” ASC-nin yaranmasının 10 ili tamam olur. Bu münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Həmçinin yaranmasının 10 illiyi münasibətilə “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən Beyləqan rayon sakini, şəhid anası Əliyeva Ağgül Alı qızına televizor hədiyyə edilib. Hədiyyə şəhid anasına yaşadığı evdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən təqdim edilib.
Qeyd edək ki, ötən dövr ərzində “Azərişıq” ASC tərəfindən rayonun bir sıra kənd və qəsəblərində yenidənqurma işləri həyata keçirilmişdir. Görülən işlərin 2025-ci ildə davam etdirilməsi nəzərdə tutulub. Belə ki, Örənqala, Baharabad, Günəşli, Bolsulu qəsəblərində və Yuxarı Kəbirli, Əhmədli, Bünyadlı, Gödəklər, Təzəkənd və İkinci Şahsevən kəndlərində 10/04 kvluq xətlər və transformator yarımstansiyalarında yenidən qurma işləri aparılacaq.