Beyləqanda bərpa-quruculuq işləri davam etdirilir.
03 dekabr 2025 | 18:51
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində infrastrukturun yenilənməsi istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Beyləqan şəhəri Heydər Əliyev prospektində uzun müddətdir yararsız vəziyyətdə olan səkilərdə tametlər və bardürlər sökülərək yerinə müasir standartlara uyğun yeniləri çəkilir. Aparılan işlər prospektin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, piyadaların rahatlığını da artıracaq.
Ölkə başçısı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinı uyğun olaraq rayon rəhbərliyi tərəfindən rayon mühitini müasir tələblərə uyğunlaşdırmaq və vətəndaşların rifahını yüksəltmək məqsədilə bu istiqamətdəki tədbirləri davam etdirir.







