Beyləqanda bərpa-quruculuq işləri gedir.
20 dekabr 2025 | 14:47
Ölkə başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı və əhalinin rifah halının yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq və infrastruktur tədbirləri davam etdirilir.
Bu çərçivədə Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli yaşayış binalarının məhlədaxili sahəsində asfalt örtüyünün vurulması məqsədilə hazırlıq və bərkitmə işləri həyata keçirilir. Sözügedən ərazi uzun müddət yararsız vəziyyətdə olmaqla, burada yaşayan sakinlərin gündəlik hərəkətini çətinləşdirirdi. Hazırda səthin hamarlanması, əsasın möhkəmləndirilməsi və asfaltlanmaya hazırlıq işləri icra olunur.
Qeyd edək ki, abadlıq işləri mərhələli şəkildə davam etdiriləcək, görülən tədbirlər başa çatdıqdan sonra məhlədaxili sahə sakinlərin rahat istifadəsinə veriləcəkdir.







