Beyləqanda bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilir
06 yanvar 2026 | 19:14
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə aparılan genişmiqyaslı quruculuq siyasətinə uyğun olaraq şəhər və rayonlarda infrastrukturun yenilənməsi, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Ölkə rəhbərinin tapşırığı ilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən bu sahədə həyata keçirilən işlər rayonun ümumi görünüşünün yaxşılaşdırılmasına və müasir tələblərə cavab verən mühitin formalaşdırılmasına xidmət edir.
Həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yeni səkinin salınması məqsədilə köhnə səkinin sökülməsi və alt qatının yenidən hazırlanması işlərinə başlanılıb. Görülən işlər piyadaların təhlükəsiz hərəkətinin təmin olunması və küçə infrastrukturunun daha dayanıqlı şəkildə qurulması məqsədi daşıyır.
Abadlıq işlərinin növbəti mərhələsində səkinin yenidən qurulması və istifadəyə verilməsi nəzərdə tutulur. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək.







