Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Bilik Günü qeyd edildi

15 sentyabr 2025 | 11:27
15 sentyabr – Bilik Günü münasibətilə Beyləqan rayonunun bütün ümumtəhsil müəssisələrində tədbirlər təşkil olunub. Tədbirlərdə Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edərək RİH başçısı Əziz Əzizovun təbrikini ümumtəhsil müəssisələrinin məktəb kollektivlərinə və şagirdlərinə çatdırıblar.
 
Rayonun 54 ümumtəhsil məktəbində keçirilən tədbirlərdə çıxış edən nümayəndələr RİH başçısının təbrik mətnini məktəb və şagird kollektivinə çatdırıblar və yeni tədris ilində uğurlar arzulayaraq şagirdlərin bilik və bacarıqlarını artırmaqla ölkəmizin gələcək inkişafına töhfə verəcəklərini bildiriblər.
 
Tədbir iştirakçıları təhsilə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı Prezident İlham Əliyeva və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər