Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib

29 iyun 2026 | 21:47
Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan “Çempion ailələr” layihəsi çərçivəsində növbəti intellektual yarış Beyləqan rayon Gənclər Evində keçirilib.
 
“Fibonacci” intellektual oyunu formatında təşkil olunan yarışın əsas məqsədi ailələr arasında komanda ruhunu, həmrəyliyi və qarşılıqlı əməkdaşlığı təşviq etmək, eyni zamanda iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
 
Yarışda Beyləqan rayonunu təmsil edən 10 ailə bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Mirzəyevlər ailəsi qalib gələrək diplom və hədiyyələrlə təltif olunub.
Keçidlər