Beyləqanda “Cənnət və Cəhənnəm”tamaşası təqdim olunub.
06 mart 2025 | 15:50
5 mart 2025-ci il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində Ağdam Dövlət Dram Teatrı 2 hissəli “Cənnət və Cəhənnəm” komediyasını təqdim edib.
Tamaşada rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Real və mistik aləmdə baş verən hadisələrin məzəli əhvalatlarını özündə təcəssüm etdirən komediya tamaşaçılar tərəfindən çoşqu ilə qarşılanıb və onlarda unudulmaz təəssurat yaradıb.