Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Cırtdan” kukla tamaşası nümayiş olunub.

24 oktyabr 2023 | 12:30
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq 24 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin "Gənclik" xalq teatrının təqdimatında uşaqların bədii-estetik zövqünün formalaşması və inkişaf etdirilməsi, onların asudə vaxtının səmərəli təşkili və regionda teatr sənətinin təbliği məqsədilə “Cırtdan” kukla tamaşasının premyerası baş tutub.
Tamaşada Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları, məktəbəqədər təhsil müəssisələrindən olan uşaqlar iştirak ediblər.
Kukla tamaşası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Keçidlər