Beyləqanda daha bir küçədə asfaltlanma işləri uğurla başa çatdırılıb.
08 oktyabr 2025 | 09:36
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və vətəndaşların rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının bölgələrin inkişafına dair tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan rayonunda da abadlıq, quruculuq və infrastruktur layihələrinin icrası davam etdirilir.
Rayon mərkəzində aparılan işlər çərçivəsində Beyləqan şəhəri Mirzə Fətəli Axundov küçəsində asfaltlanma prosesi uğurla yekunlaşdırılıb. Layihə çərçivəsində küçəboyu köhnə asfalt örtüyü tam yenilənmiş, səth bərpa edilərək müasir tələblərə uyğun yeni asfalt qatı salınmışdır. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha təhlükəsiz və rahat mühit yaradılmışdır.
Sakinlər göstərilən diqqət və yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







