Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib.

17 aprel 2025 | 15:44
Aprelin 17-də Beyləqan Rayon İcra Hakimiyyəti və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib.
 
Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Aqrar Sığorta Fondunun və Aqrar Sığorta Müştərək Şirkətinin əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyələr və fermerlər iştirak ediblər.
 
Dəyirmi masa şəklində keçirilən tədbirdə aqrar sığorta və onun üstünlükləri, sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair məsələlərlə bağlı ətraflı məlumat verilib.
 
Tədbirdə fermerlərin çoxsaylı sualları cavablandırılıb, iştirakçılara bukletlər paylanılıb.
 
Qeyd edək ki, “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda növbəti tədbir rayonun böyük yaşayış məntəqələrindən hesab olunan Dünyamalılar kəndində keçiriləcəkdir.
Keçidlər