Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilib

13 noyabr 2026 | 16:08
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” və “Ünsiyyət bacarıqlarının inkişafı” mövzularında növbəti təlimlər keçirilib.
 
Təlimlərdə Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə yanaşı, regionda fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının dövlət qulluqçuları da iştirak ediblər.
 
Dövlət İmtahan Mərkəzinin təlimçiləri tərəfindən keçirilən təlimlər zamanı dövlət qulluğunda cəmiyyətə xidmət yanaşmasının əhəmiyyəti, dövlət qulluqçularının daxili motivasiyasının gücləndirilməsi, vətəndaşlarla səmərəli ünsiyyətin qurulması və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
 
İnteraktiv formada təşkil olunan təlimlərdə iştirakçılara mövzular üzrə situasiya tipli tapşırıqlar təqdim edilib, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Praktiki çalışmalar vasitəsilə dövlət qulluqçularının gündəlik fəaliyyətlərində qarşılaşdıqları müxtəlif vəziyyətlərə düzgün yanaşma və effektiv ünsiyyət bacarıqlarının inkişafına diqqət yetirilib.
Keçidlər