Beyləqanda dövlət qulluqçuları üçün təlim keçirilib
11 noyabr 2026 | 15:43
Dövlət İmtahan Mərkəzi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları da daxil olmaqla, müxtəlif dövlət orqanlarında çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi mexanizmləri, vakant vəzifələrin müəyyənləşdirilməsi və müvafiq qaydada rəsmiləşdirilməsi, dövlət qulluğuna qəbulun müsabiqə və müsahibə mərhələləri, habelə kadrların idarə olunması sahəsində tətbiq edilən prosedurlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, dövlət orqanlarında vakant vəzifələrin idarə edilməsi prosesində məsul şəxslərin üzərinə düşən vəzifə və öhdəliklər, müvafiq qanunvericiliyin tələbləri, kadr siyasətinin düzgün təşkili və bu sahədə şəffaflığın təmin olunması məsələləri təlimçinin təqdimatı əsasında izah edilib.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







