Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub.

23 iyun 2024 | 13:08
Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Telman Məstanov, hüquq–mühafizə orqanlarının rəhbərləri, İcra aparatının əməkdaşları, ayrı-ayrı orqanlarda çalışan dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi qeyd edilir.
Keçidlər