Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Heydər Əliyevin abidəsi ziyarət olunub

22 noyabr 2025 | 14:53
22 Noyabr-Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, RİH başçısı aparatının şöbə müdirləri, rayon Məhkəməsinin hakimləri, rayon İcra və probasiya qurumunun, rayon Notariat konturunun, rayon Qeydiyyat şöbəsinin rəhbərliyi və əməkdaşları peşə bayramının təsisatçısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
 
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə “Ədliyyə işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Ümummilli Liderimizin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizlə bərabər müasir inkişaf yolu keçərək təkmilləşib.
Keçidlər