Beyləqanda əlverişli hava şəraiti ilə əlaqədar olaraq yaşıllaşdırma tədbirlərinə başlanılıb.
16 fevral 2026 | 17:57
Rayon ərazisinin ekoloji mühitinin daha da yaxşılaşdırılması, abadlıq səviyyəsinin yüksəldilməsi və estetik görünüşünün zənginləşdirilməsi məqsədilə əlverişli hava şəraitini nəzərə alaraq müxtəlif ərazilərdə qızılgül və digər dekorativ gül tinglərinin əkini həyata keçirilir.
Aparılan işlər çərçivəsində rayonda bir sıra ərazilərdə, xüsusilə Heydər Əliyev prospekti boyunca, o cümlədən rayon mərkəzindən keçən əsas avtomobil yollarının kənarlarında, istirahət parklarında və digər ərazilərdə qızılgül tingləri və mövsümi gül kolları əkilib. Əkilən tinglərin aqrotexniki qaydalara uyğun şəkildə torpağa yerləşdirilməsi və qulluq işlərinin mütəmadi təşkili diqqət mərkəzində saxlanılır.
Bu tədbirlər rayonun yaşıllıq fondunun genişləndirilməsinə, ekoloji tarazlığın qorunmasına və sakinlər üçün daha səliqəli, gözoxşayan bir mühitin formalaşdırılmasına xidmət edir. Görülən işlər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində mərhələli şəkildə davam etdirilir.







