Beyləqanda Energetiklərin Peşə Bayramı qeyd olunub
20 oktyabr 2025 | 13:15
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il 20 oktyabr Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı qeyd olunur.
Energetiklərin Peşə Bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, “Azərişıq” ASC-nin Beyləqan Elektrik Şəbəkəsinin rəisi Fikrət Əhmədov və qurumun əməkdaşları, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ziyarət zamanı iştirakçılar Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Energetiklər Günü münasibətilə bütün energetika sahəsində çalışan əməkdaşlarə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!







