Beyləqanda genişmiqyaslı iməclik aksiyası keçirilib.
25 yanvar 2025 | 12:27
Yanvarın 25-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beyləqan şəhəri, kənd və qəsəbələrdə genişmiqyaslı iməcilik aksiyası keçirilib.
Aksiyada səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb, aksiya zamanı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb.
Ötən il əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb.
Qeyd edək ki, rayon ərazisində iməcilik tədbirləri davam etdiriləcək.