Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Günərzi Qayğı Mərkəzinin uşaqları üçün yeni il şənliyi təşkil edildi.

29 dekabr 2022 | 14:12
29.12.2022-ci il tarixdə Gənclər Mərkəzində Günərzi Qayğı Mərkəzində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir təşkil olunmuşdur.
 
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova iştirak edərək Mərkəzin uşaqlarını 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır.
 
Şaxtababa ,Qarqızın və nağıl qəhrəmanlarının gəlişi ,onlara hədiyyə paylaması uşaqların sevıncinə sevinc qatmışdır.Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin və Günərzi Qayğı Mərkəzinin uşaqlarının hazırladıqları maraqlı səhnəciklər, şerlər, rəqslərlərlə davam etmişdir.
Keçidlər