Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda həlak olan hərbçi ilə bağlı başsağlığı verilib

21 aprel 2026 | 14:22
Beyləqan rayonu Aşıqalılar kənd sakini, gizir Talıbov Mirqəşəm Mirismayıl oğlunun 19 aprel 2026-cı il tarixində Füzuli rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar olaraq mərhumun ailəsi ziyarət olunub.
 
Mərhumun vəfatı ilə əlaqədar təşkil olunmuş yas mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti şəxslər iştirak edərək yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyiblər.
 
Mərhumun yaxınları göstərilən diqqət və qayğıya görə ziyarətçilərə minnətdarlıqlarını bildiriblər.
Keçidlər