Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.

03 aprel 2023 | 15:50
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən ağacəkmə aksiyasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Aksiya zamanı ərazidə 73 zeytun, 100 xan çinarı, 100 tuya ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
 
Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Keçidlər