Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda iməcilik aksiyaları davam etdirilir

11 sentyabr 2025 | 11:47
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ayrı-ayrı kənd və qəsəbələrində də iməcilik aksiyaları davam etdirilir. Növbəti aksiyalar Mil qəsəbəsi, Bünyadlı və İmamverdili kəndlərində təşkil olunub.
 
Təmizlik və abadlıq işləri çərçivəsində ərazilər tullantılardan təmizlənib, yaşıllıq sahələrində abadlıq işləri aparılıb, küçə və yol kənarlarında səliqə-sahman yaradılıb.
 
Aksiyaların əsas məqsədi əhalinin sağlam və rahat mühitdə yaşamasını təmin etmək, həmçinin kəndlərin ümumi görkəmini daha abad və səliqəli vəziyyətə gətirməkdir.
Keçidlər