Beyləqanda keçirilən növbəti ağacəkmə aksiyasında şəhid ailə üzvləri və qazilər də fəal iştirak etdilər.
27 oktyabr 2024 | 18:45
Bu gün “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan-Daşburun Magistral yolunun sağ və sol tərəfində növbəti dəfə ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun olaraq 1500 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
Aksiyada Şəhid ailə üzvləri,qazilər və müharibə iştirakçıları da fəal iştirak ediblər.
Aksiya qarşıdakı günlərdə də davam etdiriləcək.