Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda kənd təsərrüfatının inkişafı məsələlərinə həsr olunmuş tədbir keçirilib

08 iyun 2026 | 20:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də "Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının qəbulu" ilə bağlı keçirilmiş müşavirədə verdiyi tapşırıqların icrası məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətində toplantı keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, sahibkarlar, fermerlər, iş adamları və təsərrüfat rəhbərləri iştirak ediblər.
 
Tədbirdə giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən, kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda sahibkarlığın genişləndirilməsi və iqtisadi potensialın artırılması sahəsində görülən işlərdən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
 
Çıxış edən “Qarabağ Taxıl” MMC-nin rəhbəri Rəcəb Orucov kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib, heyvandarlığın, toxumçuluğun və əkinçiliyin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, aqrar sahənin daha da inkişaf etdirilməsi üçün müasir texnologiyaların tətbiqinin və səmərəli təsərrüfatçılıq fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
 
Daha sonra şəhid ailəsi və eləcə də təsərrüfatçı Əmiraslan Məhərrəmov çıxış edərək kənd təsərrüfatının inkişafının rayonun sosial-iqtisadi tərəqqisində mühüm rol oynadığını bildirib, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
 
Tədbirdə çıxış edən sahibkar və fermerlər tərəfindən heyvandarlığın inkişafı, əkinçilikdə məhsuldarlığın artırılması, kənd təsərrüfatı sahəsində maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlərin verilməsi və aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib.
 
Sonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Keçidlər