Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda kəndlərarası yolların təmiri həyata keçirilir.

15 avqust 2025 | 13:07
Beyləqan rayonunda kəndlərarası yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan təmir işləri çərçivəsində bir sıra kəndləri birləşdirən avtomobil yollarının zədələnmiş hissələri bərpa olunub, asfalt örtüyü yenilənib, yol kənarlarında profil planlama və səliqə-səhman işləri aparılıb.
 
Görülən işlərin əsas məqsədi kəndlərarası nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.
 
Sakinlər həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər