Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Kiçik addımlar – Bərabər hüquqlar” tədbiri keçirilib

20 noyabr 2025 | 11:05
Beyləqanda Uşaq Hüquqları Aylığı çərçivəsində “Kiçik addımlar – Bərabər hüquqlar” adlı tədbir təşkil olunub. Tədbir oktyabrın 20-dən noyabrın 20-dək ölkə üzrə həyata keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Beyləqan Rayon İcra Hakiniyyətinin, Beyləqan Uşaq Günərzi Qayğı Mərkəzi və Beyləqan Uşaq Musiqi Məktəbinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.
 
Əlilliyi olan uşaqların da iştirak etdiyi tədbirin məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai maarifləndirmənin artırılması, müvafiq qurumlarla əməkdaşlığın gücləndirilməsi və cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə, eləcə də onların bacarıqlarının nümayişinə cəlb edilməsindən ibarət olub.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov çıxış edərək vurğulayıb ki, uşaq mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
 
Beyləqan Uşaq Günərzi Qayğı Mərkəzinin meneceri Zeynəb Teymurova da çıxış edərək qeyd edib ki, uşaq hüquqlarının etibarlı müdafiəsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.
 
Tədbirin bədii hissəsində Beyləqan Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivi, “Aran qala” xalq çalğı alətləri ansamblı və Beyləqan Uşaq Günərzi Qayğı Mərkəzinin benefisiarları maraqlı musiqi və yaradıcılıq ifaları ilə çıxış edərək iştirakçılarda unudulmaz əhval-ruhiyyə yaradıb.
Keçidlər