Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Köhnə Xanqızı və P-0 kanalının yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq olub

06 avqust 2026 | 11:17
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə meliorasiya və su təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində suvarma infrastrukturunun müasirləşdirilməsi və əkin sahələrinin etibarlı su təminatının yaxşılaşdırılması məqsədilə mühüm layihələr icra olunur.
 
Bu çərçivədə Beyləqan rayonu ərazisindən keçən “Köhnə Xanqızı və P-0 kanalının yenidən qurulması” layihəsi üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul əməkdaşları ilə birlikdə layihə çərçivəsində görülən işlərlə yerində tanış olub.
 
Baxış zamanı icra hakimiyyətinin başçısına görülən işlərin gedişi barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində kanalın yenidən qurulması, beton üzlüyə alınması və su ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər həyata keçirilir. Qeyd olunub ki, layihənin icrası nəticəsində Beyləqan rayonu ilə yanaşı, Mil-Muğan bölgəsində yerləşən əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq, su itkiləri minimuma enəcək və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə veriləcək.
 
Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin keyfiyyətlə və müəyyən olunmuş qrafikə uyğun davam etdirilməsinin vacibliyini vurğulayaraq aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Layihənin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasının regionun sosial-iqtisadi inkişafına və aqrar sahənin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Keçidlər