Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.
05 may 2025 | 14:54
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar respublika ərazisində həyata keçirilən kompleks tədbirlər planı çərçivəsində 5 may 2025-ci il tarixdə Beyləqanda növbəti ağacəkmə aksiyası təşkil olunmuşdur.
Beyləqan-Füzuli avtomobil yolunun sol tərəfində həyata keçirilən ekoloji aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Aksiya zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilmiş, paralel olaraq abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən bu təşəbbüslər, dövlətçilik dəyərlərinin təbliği ilə yanaşı, ölkəmizin suveren ərazilərində ekoloji mühitin sağlamlaşdırılması, təbii ehtiyatların qorunması və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.