Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda korrupsiyaya qarşı mübarizə tədbirləri mövzusunda maarifləndirici tədbir keçirilib.

05 noyabr 2024 | 16:00
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə 4 noyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə tədbirləri mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, YAP Beyləqan rayon təşkilatının, “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyinin, eləcə də mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın düşməndən azad edilməsi zamanı şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi açıq elan olunan tədbirdə əvvəlcə korrupsiya mövzusuna həsr olunmuş videoçarxın nümayiş etdirilib.
 
Çıxış edən natiqlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verib, tədbir iştirakçılarını korrupsiya anlayışı və onun formaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırıblar.
 
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Keçidlər