Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məişət tullantılarının daşınması üçün yeni kommunal texnika təqdim olunub

07 oktyabr 2026 | 16:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, şəhər və rayonlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının davamı olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazası yeni kommunal təyinatlı texnika ilə gücləndirilib.
 
Məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulan yeni texnikanın istifadəyə verilməsi rayon ərazisində kommunal xidmətlərin daha operativ və səmərəli təşkilinə, tullantıların vaxtında daşınmasına və ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək.
Keçidlər