Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məişət tullantılarının daşınması üçün yeni kommunal təyinatlı texnika təqdim edilib.

13 mart 2026 | 11:44
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionaların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məişət tullantılarının daşınması üçün yeni kommunal təyinatlı texnika təqdim edilib.
 
Yeni texnikanın istifadəyə verilməsi rayon ərazisində tullantıların toplanması və daşınması işlərinin daha səmərəli və operativ həyata keçirilməsinə imkan yaradacaq. Bu təşəbbüs, əhalinin sağlamlığı və ətraf mühitin qorunması istiqamətində görülən davamlı işlərin növbəti mühüm addımıdır.
Keçidlər