Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məişət zorakılığı mövzusunda maarifləndirici görüş keçirilib

14 mart 2026 | 13:05
Beyləqan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində məişət zorakılığı mövzusuna həsr olunmuş maarifləndirici görüş keçirilib.
 
Görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Suliddin Əsgərov, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
 
Tədbirdə çıxış edənlər məişət zorakılığının cəmiyyət üçün yaratdığı mənfi nəticələrdən, bu halların qarşısının alınmasının vacibliyindən, eləcə də hüquqi mexanizmlərdən bəhs ediblər. Bildirilib ki, məişət zorakılığı ilə mübarizə istiqamətində aparılan maarifləndirmə tədbirləri xüsusilə gənclər arasında sağlam münasibətlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Çıxışlar zamanı zorakılıq hallarının erkən mərhələdə aşkar olunmasının, belə hallarla qarşılaşan şəxslərin müvafiq qurumlara müraciət etməsinin vacibliyi vurğulanıb, Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilən sosial xidmətlər və dəstək mexanizmləri haqqında məlumat verilib.
Keçidlər