Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məktəblilərlə maarifləndirici görüşlər keçirilib

09 fevral 2026 | 20:27
6 fevral 2026-cı il tarixdə Beyləqan şəhər Humanitar fənlər təmayüllü liseydə və Beyləqan şəhər Ramiz Abbasov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici görüşlər keçirilib.
 
Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ceyhun Qurbanov, Beyləqan Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Suliddin Əsgərov, Rayon Polis Şöbəsinin əməkdaşları və məktəb kollektivinin iştirakı ilə keçirilən tədbirlərdə “Narkomaniyaya yox deyək”, “Dini radikalizm” və “Yetkinlik yaşına çatmayanlar arasında nikah” mövzularında geniş profilaktik söhbətlər aparılıb.
 
Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov çıxışında narkomaniya və radikal ideologiyaların gənclər üçün yaratdığı ciddi təhlükələrdən, bu kimi hallara görə nəzərdə tutulan hüquqi məsuliyyətdən və yeniyetmələrin qanunlara hörmət ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs edib, Beyləqan RİH əməkdaşı Suliddin Əsgərov isə erkən nikahın mənfi sosial və hüquqi nəticələrinə diqqət çəkərək, uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
 
Görüşlər məktəblilərin mövzu ilə bağlı suallarının cavablandırılması, qarşılıqlı fikir mübadiləsi və profilaktik tövsiyələrin verilməsi ilə yekunlaşıb. Bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər