Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məktəblilərlə narkomaniya, erkən nikahlar və dini radikalizm mövzusunda maarifləndirici tədbirlər keçirilib

15 may 2025 | 09:34
Beyləqan Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon Polis Şöbəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Bünyadlı kəndində və Türklər qəsəbəsində yerləşən ümumtəhsil məktəblərində narkomaniya, erkən nikahlar və dini radikalizm mövzularında maarifləndirici tədbirlər keçirilmişdir.
 
Keçirilən tədbirlərdə Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Suliddin Əsgərov və digər natiqlər çıxış edərək gənclər arasında narkomaniya, erkən nikahlar və dini radikalizmin yaratdığı təhlükələrdən bəhs etmiş, bu halların fərdin gələcəyinə və cəmiyyətin inkişafına vurduğu zərərləri diqqətə çatdırmışlar.
 
Eləcə də şagirdlərə sağlam həyat tərzinin üstünlükləri, hüquq və vəzifələri barədə ətraflı məlumat verilmiş, onları zərərli vərdişlərdən uzaq durmağa və cəmiyyətə yararlı fərdlər kimi yetişməyə çağıran maarifləndirici tövsiyələr təqdim olunmuşdur.
Keçidlər