Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

31 avqust 2023 | 10:21
31 avqust 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib. Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elman Süleymanovun sədrliyi ilə keçirilən iclasda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Filialının əməkdaşları, işəgötürən təşkilatların (dövlət və qeyri-dövlət) nümayəndələri iştirak etmişdir.
 
Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri Elman Süleymanov iclası giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.
 
Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin böyük məsləhətçisi Zaur Musazadənin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətinə dair təqdimatı dinlənilib.
 
Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Filialının Sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri Rəşad Musazadə çıxış edərək qeyri-rəsmi məşğulluğunun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu sahədə olan problemlərin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların məşğulluq problemlərin həllinə nail olunmasından bəhs edib.
 
İclasın sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər