Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda mini-futbol turniri keçirilib

06 may 2026 | 19:55
5 may 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında mini-futbol üzrə rayon turniri keçirilib.
 
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri Müşfiq Səfərov, aidiyyəti qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov turnirin iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Rayon təşkilatının sədri qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi bu uğurlu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi gənclər və idman siyasəti bu gün də öz aktuallığını qoruyur və ölkəmizdə bu sahənin inkişafı üçün möhkəm zəmin yaradır. O bildirib ki, məhz bu siyasətin nəticəsidir ki, gənclərin sağlam, vətənpərvər ruhda formalaşması, onların idmana marağının artırılması və potensialının üzə çıxarılması istiqamətində mühüm nailiyyətlər əldə olunur.
 
Rayon rəhbəri bu gün gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın bayrağının beynəlxalq kürsülərdə dalğalandığını və idmançılarımızın saysız-hesabsız uğurlara imza atdığını vurğulayıb.
 
Turnirin sonunda qaliblər elan olunub, minifutbol üzrə müvafiq olaraq I, II və III yerlərə layiq görülmüş komandalar diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Keçidlər